Golden Pay

Şirkət haqqında:

 Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır.

GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.

GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az kino biletləri, sığorta satışı və aviabilet satışları da təklif edir.

Əlaqə vasitələri:

Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis

Vakansiyanın tələbləri: 

  • Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr);  
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 il; 
  • Azərbaycan dili: səlis (yazı və danışıq);  İngilis dili – səlis, Rus dili – Arzuolunandır; 
  • Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır; 
  • Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı dərin biliklər; 
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • Analitik təhlil etmə qabiliyyəti; 
  • Kollektivdə işləmək bacarığı. 

Vəzifə öhdəlikləri: 

  • Təşkilatın daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması; 
  • Təşkilatın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində; 
  • Daxili tədqiqatların aparılması: Daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq; 
  • Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq və hesabat tərtib etmək;
  • Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi məqsədilə tövsiyyələr vermək; 
  • Daxili təhqiqat prosesləri zamanı Təşkilatın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək; 
  • Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflər vermək; 
  • Təşkilatdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasının nəzarətini təmin etmək;
  • Təşkilatdaxili  departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;
  •  İcra olunmuş audit kənarlaşmaları üzrə dövrü sınaqlar aparmaq;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər təşkilatdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək olunması. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap