"Agrovita" MMC

Şirkət haqqında:
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Yeni iqtisadi şəraitdə, regional səviyyədə aqrar sahənin məhsuldar inkişafı və səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Aqrar sahənin qarşısında duran mühüm məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın səmərəliliyinin yüksəldilməsidir.
Məhz bu amili nəzərə alaraq “Agrovita” MMC ölkəmizdə kənd təsərrüfatının inkişaf strategiyasına dəstək olmaq məqsədi ilə 2015-ci ildən etibarən fəaliyyətə başlayıb. Toxum, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və istixana ləvazimatlarının satışı ilə məşğul olan şirkət ölkəmizdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların böyük etibarını qazanıb.
İstehsalın intensivləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin Sərgi Satış Mağazaları fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Satıcı
Vakansiya haqqında məlumat:
- Mağazaya daxil olan müştəriləri qarşılamaq;
- Tələbatlarına uyğun olaraq düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştəriləri müşayiət etmək;
- Məhsullar haqqında,dolğun məlumat vermək;
- Təqdim olunan məhsullar haqqında texniki biliyə sahib olmaq;
- Həftə içi 1 gün istirahət günü
- Növbəli iş qrafiki
- Satış haqqında müvafiq treninqlər keçiriləcəkdir.
- Əmək haqqı: 500 azn + Bonus
Namizədə aid tələblər:
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti;
- Ünsiyyətçil , gülərüz ;
- Məsuliyyətli, dinamik və dəqiq;
- Kollektivdə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili – yaxşı, İgilis dili - fikrini ifadə edə biləcək dərəcədə;
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “satış təmsilçisi”sözlərini qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-ünvanına göndərsinlər.