Maffin
Şirkət haqqında:
Şirkət haqqında
Maffin — rəqəmsal həllər sahəsində ixtisaslaşmış bir agentlikdir. Bizneslərin inkişafına dəstək olmaq məqsədilə müasir texnologiyalardan istifadə edərək müxtəlif sahələrdə innovativ və effektiv həllər təqdim edirik. Əsas fəaliyyət istiqamətlərimiz aşağıdakılardır:
- E-ticarət: Məhsulların rəqabətə davamlı və əlçatan olması üçün sürətli və hazır həllər təqdim edirik.
- Məlumatların toplanması və işlənməsi: Müasir sistemlər vasitəsilə məlumatların effektiv şəkildə toplanması və analizini təmin edirik.
- Rəqəmsal həllər: Müəssisələr və fərdi şəxslər üçün yeni və qabaqcıl rəqəmsal həllərin hazırlanması ilə məşğuluq.
10 illik təcrübəmizlə fərqli innovasiyalar təklif edirik.
Əlaqə vasitələri:
PHP (Laravel) Backend Proqramçı
İş barədə məlumat:
Texnologiya və innovasiya yönümlü platformamıza təcrübəli və təşəbbüskar Laravel backend proqramçısı axtarılır. Vəzifəniz layihənin funksionallığını inkişaf etdirmək, mövcud kod bazasını təkmilləşdirmək, texniki dayanıqlığı təmin etmək və əlavə modulların yazılması olacaq.
Əsas vəzifələr:
- Texniki həll yollarını araşdırmaq və layihə tələblərinə uyğun tətbiq etmək;
- Yeni funksionallıqların hazırlanması və mövcud kod bazasının dəstəklənməsi;
- Tapşırıqların analiz olunması və təxmini vaxt qiymətləndirmələrinin verilməsi;
- Komanda proseslərində aktiv iştirak və Git üzərindən əməkdaşlıq.
Namizədə dair tələblər:
- Səlis Azərbaycan dili biliyi (rus və ya ingilis dili arzu olunandır);
- Ali və ya Orta təhsil - Ali təhsil arzuolunandır.
- PHP proqramlaşdırma dili üzrə peşəkar səviyyədə bilik;
- Laravel ilə ən azı 2 il real layihələrdə iş təcrübəsi (3+ il üstünlükdür);
- OOP, SOLID, DDD, Modular Monolith arxitekturası barədə biliklər;
- REST API və OAuth 2.0 ilə işləmə bacarığı;
- MySQL, MariaDB və ya PostgreSQL ilə praktiki təcrübə;
- Git, PHPUnit, Redis, Linux əməliyyat sistemlərində işləmə bacarığı;
- JavaScript və jQuery ilə orta səviyyədə bilik;
- HTML, CSS, Bootstrap texnologiyaları ilə işləmə təcrübəsi;
- Texniki sənədləri oxuma və yazmaq bacarığı (ingilis dili).
- Texniki Tapşırıqlarla işləmə bacarığı.
Üstünlüklər:
- Next.js, Nuxt.js, Tailwind CSS kimi müasir frontend texnologiyalarında təcrübə;
- Vue.js, React.js və ya Node.js bilikləri (arzuolunandır);
- Veb texnologiyaları: HTML5, CSS3, SASS, Gulp, Webpack, NPM və s. ilə tanışlıq;
- CI/CD prosesləri və microservices arxitekturası ilə işləmə təcrübəsi;
- Swagger/Postman ilə işi aparmaq bacarığı;
- Mailchimp, Klaviyo, Google Analytics ChatGPT və digər xidmətlər ilə tanışlıq.
Təklif etdiyimiz imkanlar:
- Tamamilə sabit iş rejimi;
- Dinamik və güclü texniki komanda;
- Müasir texnologiyalarla işləmək imkanı;
- Real təsir gücünə malik layihələrdə iştirak;
- Davamlı öyrənmə və peşəkar inkişaf fürsətləri.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş qrafiki (09:00 – 18:00); / Nahar fasiləsi(13:00-14:00)
- Əmək haqqı: müsahibə əsasında təyin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlər üçün maraqlı olarsa öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna mövzu hissəsində “PHP (Laravel) Backend Proqramçı” qeyd etməklə və ya 077-220-67-67 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.