Duty Free Az İnternational MMC

Satıcı
Namizədlərə olan tələblər:
- Yaşı 18-30 arasında olmalıdır.
- Orta, orta ixtisas və ya ali təhsilli
- Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini danışıq səviyyəsində bilməlidir.
- Normal xarici görkəmi, səlist danışıq qabiliyyəti olmalıdır.
- Ticarət sahəsində minimum 6 ay iş təcrübəsi olmalıdır.
- Məsuliyyətli və diqqətcil olmalıdır.
- Ünsiyyətcil olmalıdır.
- Yüksək iş bacarığı olmalıdır.
- İşçi qrupda işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Məhsul təqdimatında diqqəti cəlb edərək satışları artırmaq
- Müştəriləri qarşılamaq , məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək.
- Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq.
- Nizam-intizam və daxili qaydalara əməl etmək
- Mağaza daxilində qaydalara və prosedurlara riayət etmək
- Problemləri operativ və düzgün şəkildə həll etmək, zəruri hallarda rəhbərliyi məlumatlandırmaq
İş şərtləri:
- İş qrafiki: növbəlidir, gündüz və gecə növbələri vardır (2 gün ardıcıl gündüz növbəsi, 2 gün ardıcıl istirahət günü, 2 gün ardıcıl gecə növbəsi, 2 gün ardıcıl istirahət günü).
- 3 aylıq sınaq müddəti tətbiq edilir.
- Əmək haqqı: 895 AZN
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.