AzRe Reinsurance Company

Şirkət haqqında:
Nizamnamə kapitalı 50 milyon manat olan “AzRe Təkrarsığorta” ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir. Şirkətimiz, adi əmlak risklərindən kompleks sənaye risklərinə qədər bütün riskləri təkrarsığorta edir. Bizim məqsədimiz böyük və kompleks risklər də daxil olmaqla, müxtəlif növ risklərin idarə olunmasında yerli və xarici sığorta şirkətlərinə dəstək olmaqdır.
Biz öz müştəri sığorta şirkətlərimiz və təkrarsığorta vasitəçilərinin strateji və gündəlik biznes ehtiyaclarını dərindən öyrənmək üçün onlarla yaxından işləyərik və onların spesifik tələblərinə uyğun təkrarsığorta həlləri hazırlayırıq.
Əlaqə vasitələri:
Zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi
Biz öz müştəri sığorta şirkətlərimiz və təkrarsığorta vasitəçilərinin strateji və gündəlik biznes ehtiyaclarını dərindən öyrənmək üçün onlarla yaxından işləyirik və onların spesifik tələblərinə uyğun təkrarsığorta həlləri hazırlayırıq.
Namizədə aid tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (orta) dillərində sərbəst yazı və şifahi danışıq bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Təmkinli, stressə davamlı, biznes etikaya riayət etmək bacarığı;
- Konfidensiallığa riayət etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
- Zərərlərin tənzimlənməsi ilə bağlı işləri həyata keçirmək;
- İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları həyata keçirmək;
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- Sınaq müddəti: 3 ay
- Könüllü tibbi sığorta;
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: 1000 – 1500 AZN gross
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını “Claims Specialist” yazmaqla CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.