ATA PACK MMC

Şirkət haqqında:
“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye müəsisələri üçün ayrılmış Balaxanı qəsəbəsində “Balaxanı Sənaye Parkı” adlandırılan və ekoloji cəhətdən düzgün seçilmiş coğrafi ərazidə yerləşir.
“ATA PACK” MMC iqtisadiyyatın bir çox sahəsi üzrə fəaliyyət göstərən Azərbaycanın ən öncül şirkətləri ilə yanaşı, həmçinin bir sıra dünya brendləri ilə də əməkdaşlıq edir, onları profili üzrə müvafiq xidmətlərlə təchiz edir.
Müqavilə və öhdəliklərinə ciddi şəkildə əməl edilməsi, məhsulların, işin (xidmətin) vaxtında, qüsursuz və keyfiyyətli şəkildə təhvil verilməsi müştəri dəyərlərinə böyük önəm verən «ATA PACK» MMC-nin əsas korporativ prinsiplərindəndir.
Əlaqə vasitələri:
Satış Mütəxəssisi
Tələblər:
- 19-30 yaş həddi.
- Ali təhsil - İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili sahəsində olması üstünlükdür;
- Satış sahəsində iş təcrübəsi;
- Satış texnikası haqqında biliyin olması;
- Rus dili biliyi mütləqdir.
- MS Office proqramlarında işləmə qabiliyyəti
- Yüksək və effektiv ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Yüksək analitik düşüncə, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
- Fərdi və komanda şəklində effektiv çalışma bacarığı.
Vəzifə öhdəlikləri:
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Yeni məhsul və xidmətlər barəsində mütəmadi olaraq danışıqlar aparmaq;
- Görülən bütün işlər barədə mütəmadi olaraq rəhbərliyə məlumat vermək.
Biz sizə nə təklif edirik?
- Bonus sistemi
- Təlim və inkişaf imkanları
- Peşəkar və dost mühit
- Karyera yüksəlişi üçün imkanlar
İş barədə məlumat:
- Əmək haqqı: Razılaşama yolu ilə
- İş günü-həftə içi 5 gün, istirahət günü - şənbə, bazar.
- İş saatı - 08:00-dan 17:00-a dək.
- Nahar və servis şirkət tərəfindən təmin edilir.
- İş yeri - Sabunçu rayonu, Balaxanı Sənaye Parkı.
Qeyd: Uyğun namizədlər şəkilli CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına, yaxud 0773300232 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.