Heritus Group MMC

Şirkət haqqında:
“Heritus Group “ MMC 2020 ci ildə fəaliyyətə başlayan beynəlxalq miqyaslı logistika şirkətidir. Məqsədimiz beynəlxalq stanadartlara cavab verən regionun lider şirkətinə çevrilməkdir. Şirkət yeni fəliyyətə başlasa da artıq beynəlxalq logistika bazarında özünə məxsus mövqeyə malikdir. Heritus Group logistikanin bütün sferalarında , yəni quru yolu daşımaçlığı, dəmiryolu , hava və dəniz daşımaçılığı isitqamətlərində müştərilərinə professional şəkildə daşınma xidməti təklif edir. Məhz professional yanaşmamızın nəticəsidirki Heritus Group şirkətinin müştəri bazasında hazırda 200 yə yaxın partnyor şirkət mövcuddur. Sahib olduğumuz nəqliyyat vasitəsitələri EURO 6 standartlarına tam cavab verir. Heritus Group ölkənin əhəmiyyətli ixrac və idxal tenderlərinin qalibdir . Hazırda aktiv şəkildə export və import yükləmələri həyata keçiririk. Aktiv daşınmalar həyata keçirdiyimiz və eyni zamanda partnyorluq etdiyimiz ölklər MDB ölkləri , Türkiyə , Rusiya , Gürcüstan və Avropa ölkləridir. Heritus Group olaraq fəaliyyətimizi beynəlxalq arenada aktual olan keyfiyyət və uyğunluq meyarları üzərində qurmuşuq və kadr seçimində də bu meyarları nəzərə alırıq.
Əlaqə vasitələri:
Satış mütəxəssisi (Çin və Orta Asiya istiqaməti üzrə)
Vəzifə öhdəlikləri:
- Logistika İdarəetmə Sistemini bilmək;
- Analitik və logistik planlaşdırma həyata keçirmək;
- Bazar araşdırması aparmaq, aktual qiymət siyasətini təhlil etmək, bazar tendensiyalarını və rəqibləri təhlil etmək; müştəri tələbatlarını öyrənmək;
- Mövcud və yeni prespektivli müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli;
- Biznesin əhatə dairəsini genişləndirmək üçün potensial müştəriləri təyin etməklə izləmək;
- Cari və gələcək müştərilərlə satış görüşləri planlaşdırmaq və həyata keçirmək; təkliflər təqdim etmək, təqdimatlar hazırlamaq;
- İşgüzar danışıqlar aparılmaqla, şirkətin xidmətlərini satmaq, müqavilələrin bağlanması;
- Yeni müştərilər ilə indivdual və online görüşlərin təşkili olunması və iştirak;
- Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun,düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqəni qurulması;
- Daxil olan sifarişlərin qəbulu, onların işlənməsivə informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Müştərilərə qiymətlər, ödəniş şərtləri və digər maliyyə məlumatları barədə məsləhət vermək;
- Kommersiya təkliflərinin və təqdimatlarının hazırlanması;
- Müştərilərin sorğularının dərhal, operativ şəkildə cavablandırılması;
- Müştərilər ilə yaranan problemləri müəyyənləşdirib, effektiv həllini həyata keçirmək;
- Müştərilərin məmnun qalmasını, suallarının cavablandırılmasını və ehtiyaclarının ödənilməsini təmin etmək üçün onlarla münasibətləri gücləndirmək,müştəri məmnuniyyəti sorğu anketlərini doldurtmaq;
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.Günlük , həftəlik və aylıq görüşlərin planlaması, təqdimatı;
- Qabaqcıl satış biliklərini nümayiş etdirmək və şirkətin bütün siyasət və prosedurlarından xəbərdar olmaq;
- Beynalxalq daşımalarda qruppaj yüklər ürə geniş portfele sahib olmaq;
- Tədbirlərdə, sərgilərdə və işgüzar görüşlərdə müəsisəni təmsil etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Ali
- Azərbaycan, Türk , Rus və İngilis dili yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları;
- MS Office biliyi yaxşı səviyyədə bilmək;
Təcrübə:
- Beynəlxalq yükdaşımalar üzrə azı 2 il iş təcrübəsi;
Bacarıqlar:
- Güclü iş etikasına sahib olmaq
- Aydın və sərbəst şəkildə ünsiyyət bacarığı
- Kommunikasiya bacarıqlarının sahib olmaq
- Analitik düşünmə, problemi həll etmə bacarığı, diqqətli, nəticəyə yönümlük qabiliyyəti
- Müstəqil, və komanda şəklində işləmək bacarığı
- Stress altında işləmə və iş yükünə davamlılıq qabiliyyəti
- Deadline ilə işləmək bacarığı
- Yeniliklərə açıq olmaq
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
- Mobil rabitə xidməti ilə təmin olunması
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları:
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış üzrə mütəxəssis” yazaraq CV göndərə bilərlər.