Kristal Abşeron
Şirkət haqqında:
Şirkət haqqında
2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
Mühasib-operator
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisasları üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi ;
- MS Office və 1C 8.3 proqramında sərbəst işləyə bilmə bacarığı;
- Mühasibatlığla bağlı yerli qanunvericilik biliyi;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunu düzgün və qanunvericiliyə uyğun aparmaq;
- 1C proqramında əməliyyatları düzgün və vaxtında işləmək (qaimələr, YGB, bank, kassa, depozit, avans, satış, alış və s.);
- Bütün əməliyyatları mühasibat uçotunda qeydə almaq;
- Verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı;
- Əmək haqqı: 800-1000 AZN
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib - operator” üzrə yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.