FinexKredit BOKT

Şirkət haqqında:
“Finex Kredit” BOKT maliyyə bazarının real şərtlərini obyektiv qiymətləndirən, çevik faiz siyasəti ilə seçilən, sabit, təcrübəli və rəqabət qabiliyyətli kredit təşkilatıdır. Bizim peşəkar komandamız uzunmüddətli əməkdaşlıq əsasında müştərilərə və partnyorlara yüksək keyfiyyət standartlarına cavab verən maliyyə xidmətləri göstərir. Üstünlüyümüz uzunmüddətli təcrübəmizi və düzgün qurulmuş komandamızdır. Əlverişli qiymət siyasəti yürüdərək hər zaman müştərilərimizin ehtiyaclarına cavab verən yüksək keyfiyyətli maliyyə xidmətləri göstərəcəyik.
Əlaqə vasitələri:
Kredit mütəxəssisi (Sumqayıt filialı)
Namizədə dair tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi )
- Kreditlərin verilməsinə dair Az.Res. Mərkəzi Bankının qayda, prosedur, təlimatlarını bilmək
- Qızıldan anlayışı olması və Lombard krediti üzrə təcrübəsi olmaq
- təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
- Yaş: 25-50
- İş təcrübəsi: minimum 3 il
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə)
- Komanda ilə işləmək bacarığı
- İnandırmaq və razı salmaq qabiliyyəti yüksək olmaq
- Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
- Stressə davamlı və öyrənməyə maraqlı,
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat
- Müştərilərin maliyyə vəziyyətinin təhlil olunması
- Yeni müştərilər cəlb etmək
- Kredit işinin kredit komitəsinə hazırlanması
- Müştərilərin mövcud portfelinin monitorinqi
- Qızılın girovu və digər kreditlər üzrə (təminatlı, təminatsız, biznes və s.) məhsulun satışını təmin etmək
- Qızıl və digər kreditlər üzrə məhsulun satışını təmin etmək məqsədi ilə müvafiq işlər görmək (reklam və s.)
- Gecikmiş kreditlərin ödənilməsini borclulardan təmin etmək,
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək.
Əmək haqqı
- Müsahibə əsasında təyin ediləcək.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Sumqayıt filialı _kredit mütəxəssisi” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.