Nur Collection

Şirkət haqqında:
Nur Collection MMC 2021-ci ildən etibarən öz yerli geyim brendini yaradaraq qadın və uşaq geyimləri istehsalına başlamışdır.
Əlaqə vasitələri:
SƏTƏM üzrə mütəxəssis
Vəzifə və Öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarətin edilməsi;
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
- İstehsalat zədələri və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi;
- Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər və ya materiallar üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirlərin tövsiyə edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarətin edilməsi;
- SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında, həyata keçirilməsində və qorunmaslnda iştirak etmək:
- Görülən işlərə dair qeydiyyatların aparılması, ətraflı hesabatlarən hazırlanması və yüksək rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (İş Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühit Elmləri, Mühəndislik və ya əlaqəli sahədə bakalavr dərəcəsi).
- Müvafiq sahədə 3 illik təcrübə;
- ISO 45001 və ISO 14001 standartları, ISO 9001 arzuolunandır;
- Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə biliklər;
- SƏTƏM üzrə sertifikatlar (NEBOSH, IOSH);
- SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydaları haqqında biliklər;
İş barədə məlumat:
- İş qrafiki 6 gün; (6-cı gün 09:00-14:00)
- İş yeri: Masazır dairəsi
- Əmək haqqı müsahibə zamanı
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ nömrə ilə təmin edir
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.