Minor Electronics

Şirkət haqqında:
“Minor Electronics” MMC 2017-ci ildən bu günə kimi müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etməklə yerli bazarda fəaliyyət göstərən şirkətdir. Əsas hədəfimiz ilk növbədə müştəri məmnuniyyətini qoruyub saxlamaq və müştərilərimizi daha keyfiyyətli məhsullarla təmin etməkdir.
Mağazalarımızda müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar var. Böyük və kiçik məişət texnikalarından – soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, aspirator, sobalar, müxtəlif isidicilər, hər növ mətbəx texnikaları təqdim olunur. Satışda həmçinin idman sağlamlıq və əyləncə həvəskarları üçün Giroskuterlər də təklif olunur.
Əlaqə vasitələri:
Mingəçevir filialı üzrə Anbardar
İş barədə məlumat:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Yüklərin (elektronika və məişət əşyaları) yüklənməsi və boşaldılması,yerləşdirilməsi
Şirkətimizin üstünlükləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: 6 günlük iş qrafiki
- Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küç, 168B
Namizəd üçün tələblər:
- Təhsil: Orta
- Yaş: 18 – 40
- Cins: Kişi
- Fiziki cəhətdən sağlam
- Kollektivdə işləmək bacarığı
Qeyd: Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə “Anbardar” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərsiniz.