Grand Motors Company

Şirkət haqqında:
Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber
“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
Əlaqə vasitələri:
Baş Mexanik
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Minimum 3 il baş mexanik kimi təcrübəsi olmalı;
- Ofis proqramlarını bilməli;
- Tikinti və kənd təsərrüfatı texnikalarının təmir prosesini bilməli;
- Ehtiyyat hissələri kataloqu ilə sərbəst işləmə bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Əməkdaşlara təhlükəsizlik təlimatlarının verilməsi;
- Əməkdaşalrın gündəlik olaraq iş bölgüsünün həyata keçirilməsi;
- Ehtiyac olan ehtiyyat hissələrinin Ehtiyyat hissələri kataloqundan çıxardılması və anbardan sifariş olunması;
- Ərazidə və ya Ezamiyyətdə baş verən təmir prosesinə nəzarətin edilməsi və ehtiyac olduqda birbaşa təlimatların verilməsi;
- Keçiriləcək təmir işləri və əraziyə daxil olacaq servisə məxsus avtomobillər barədə mühafizə bölməsinə məlumatların verilməsi;
- Kənar təmir işləri barədə sənədlərin müvafiq proqram təminatında işlənilməsi;
- Kənar təmirə verilən ehtiyyat hissələrinin təhvil alınması və təhvil verilməsi prosesinə nəzarət edilməsi;
- Gündəlik olaraq əməkdaşların müraciətlərinin cavablandırılması, icazə və məzuniyyət sənədlərinin təsdiqlənməsi;
- Ərazidə və bölgələrdə yüklənmə və boşaldılma prosesinə nəzarətin edilməsi;
- Sifairş olunan ehtiyyat hissələrinə yerində baxışın keçirilməsi;
- İstifadə olunan ehtiyyat hisslərin və yanacağın təmir aktına daxil edilməsi və təmir aktlarının yoxlanılması müvafiq sənədlərin doldurulması, ilkin qiymətlərin verilməsi;
- Tender üçün lazım olan ehtiyyat hissə kodlarının çıxardılması
İş şərtlərimiz:
- İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30), 6-cı gün qısa iş günü;
- Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mexanik” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.