Zivar Organic

Şirkət haqqında:
Haqqımızda:
Bizim şirkət, yeməkləri sənət nümunəsi kimi təqdim etməyi özünün əsas prioriteti olaraq görür. Məqsədimiz, hər bir məhsulun orijinal xüsusiyyətlərini və dadını qorumaqdır. Lokal məhsul və ərzaqlardan istifadə etməklə, həm də ətraf mühitə maksimum diqqət yetirərək, yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullar təqdim edirik. Bizim üçün müştəri məmnuniyyəti və ətraf mühitin qorunması bir-birini tamamlayan dəyərlərdir.”
About Us:
At our company, we prioritize presenting food as a form of art. We are dedicated to preserving the original qualities and taste of each product while celebrating the unique flavors of local ingredients. Our commitment extends beyond culinary excellence to include the highest level of care for the environment. By integrating local products and maintaining sustainable practices, we aim to create exceptional dining experiences that honor both tradition and nature.”
Əlaqə vasitələri:
Aşpaz köməkçisi
İş öhdəlikləri:
- Baş aşbaz tərəfindən müəyyən edilmiş təlimatlara əməl etmək
- Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verməmək
- Avropa və Milli mətbəx üzrə yeməklərin hazırlanması
- Menyunun hazırlanması, yenilənməsi proseslərinə yardım etmək
- Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək
- Təyin edilmiş ərazinin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək
- Qonaqlarla ünsiyyətdə olan bütün mətbəx işçilərinin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etmələrini təmin etmək
- Mətbəxdə qida təhlükəsizliyi qaydaları, təmizlik və sanitariya da daxil olmaqla bütün sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etmək.
Xüsusi tələblər:
- Aşpazlıq ixtisası üzrə peşə təhsili olanlara üstünlük verilir
- Müvafiq vəzifə üzrə otel və ya restoran tipli iaşə müəssisənində ən azı 3 il təcrübə
- Yerli və xarici mətbəxlər üzrə əsas biliklər
- Çevik iş qrafiklərində işləmək bacarığı
- Sanitariya-gigiyena normaları üzrə vərdişlər.
İş yeri: Nəsimi rayonu (Port Baku Walk) yanında yerləşən yeni açılacaq restoran.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aşpaz köməkçisi” qeyd edərək CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.