Business Service Centre LTD
Şirkət haqqında:
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Hüquqşünas (İcra işləri üzrə)
Əsas vəzifələr:
- İcra sənədlərinin hazırlanması və aidiyyəti üzrə icra orqanlarına təqdim edilməsi
- İcraat zamanı yaranan hüquqi məsələlərin həlli
- Borclularla yazışmaların və danışıqların aparılması
- İcra işlərinin icrasına nəzarət və proseslərin monitorinqi
- İcraatla bağlı müvafiq hesabatların hazırlanması
Məhkəmə işləri üzrə:
- Hüquqi sənədlərin (iddia ərizələri, vəsatətlər, şikayətlər və s.) hazırlanması
- Məhkəmə proseslərində iştirak və şirkətin maraqlarının müdafiəsi
- Məhkəmə qərarlarının icrası üçün hüquqi tədbirlərin görülməsi
- Məhkəmə təqviminin və sənəd dövriyyəsinin idarə olunması
- Hüquqi risklərin təhlili və rəhbərliyə hüquqi rəyin verilməs
Tələblər:
- Hüquq üzrə ali təhsil
- Məhkəmə və icra işləri sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikası Mülki, Mülki Prosessual və İcra Məcəllələrini dərindən bilmək
- Yüksək analitik bacarıq və yazılı-huşyar düşüncə tərzi
- Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq bacarığı
- MS Office proqramları ilə işləmə bacarığı
Əmək haqqı -Qarşılıqlı razılaşma ilə
Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Hüquqşünas-icra işləri” qeyd etməklə göndərmələri xahiş olunur.