Business Service Centre LTD
Şirkət haqqında:
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə aparıcı mütəxəssis
Vəzifə və öhdəlikləri
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və təsdiqlənməsi;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşçi məlumatlarının 1 C proqram bazasına daxil edilməsi ;
- Əmək haqqı kartlarının sifarişinin verilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyət qrafikinin tərtib edilməsi ;
- İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
- Vəzifə təlimatlarının yazılması;
Xüsusi tələblər
- Təhsil -Ali təhsil
- Müvafiq vəzifə üzrə 3-5 il təcrübə;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli
- Dil bilgiləri-Azərbaycan dili əla,Rus və İngilis dili -arzu olunandır;
- Yaş həddi 25-40;
- MS Office (Word, Excel,Outlook-yaxşı);
- 1 C 8.3
- Məsuliyyətlilik;
- Effektiv ünsiyyət;
- Vaxtın idarə olunması;
- Problemi həlletmə ;
- Çeviklik;
- Detallara xüsusi diqqətlilik;
Əməkhaqqı 1000-1500 AZN
Müraciət etmək istəyən nazmizədlər CV-ləri Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları aparıcı üzrə mütəxəssis” qeyd edərək göndərə bilər.