İN First Group

Şirkət haqqında:
IN First Group MMC gömrük rəsmiləşdirilməsi, beynəlxalq logistika və maliyyə-mühasibatlıq xidmətlərini özündə əks etdirən ən qabaqcıl şirkətlərdən biridir. Təcrübəli əməkdaşlarımız sayəsində gömrük rəsmiləşdirilməsi, beynəlxalq logistika və maliyyə-mühasibatlıq üzrə kompleks xidmətlərimizi təklif edirik. Bu sahədə müştərilərimizə davamlı konsultasiya xidməti verərək xarici ticarət əməliyyatlarına və sənədləşmə proseslərinə 0-dan nəzarət edərək onlara ən optimal həllər təqdim edir, sonunadək maraqlarını təmsil edərək onları mümkün risklərdən qoruyuruq.
Əlaqə vasitələri:
Gömrük bəyannaməçisi
Namizədə tələblər:
- Ali təhsil
- Rus və İngilis dillərini bilmə üstünlükdür;
- MS Office Excel-də, Word-də yüksək səviyyədə işləyə bilmək qabiliyyəti;
- Yüksək səviyyədə kompüter bilikləri;
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq;
- Analitik düşüncə və təhlil bacarığı;
- Peşəsinə yüksək motivasiya ilə yanaşma;
- İş təcrübəsi tələb olunmur.
İş barədə məlumat:
- Gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin yığılması və rəsmiləşdirilməni həyata keçirmək;
- İdxal, ixrac, saxlanc və digər prosedurlar üzrə gömrük bəyannaməsinin yazılması;
- Müştərilərə şirkətin göstərdiyi gömrük və logistika xidmətləri haqqında ümumi məlumatların təqdim edilməsi;
- Təcrübə proqramı 3 ay təşkil edir və ödənişlidir. Şəxsdən asılı olaraq təcrübə proqramı daha az müddət çəkə bilər.
- İş Bakı Karqo Terminalında (aeroport) yerləşir.
- Əmək haqqı: 400 azn
Tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Gömrük bəyannaməçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.