AzStudy

Şirkət haqqında:
AzStudy xaricdə təhsil mərkəzidir. Türkiyə, Ukrayna, Rusiya, Avropa ölkələri, ABŞ ve bir çox ölkələrdə təhsil almaq istəyən tələbələrə dəstək olur. 10 ildən çoxdur ki, fəaliyyətdədir.
Əlaqə vasitələri:
Wordpress üzrə mütəxəssis
Vəzifə üzrə öhdəliklər:
- WordPress şablonlarının dizayn edilməsi, yenilənməsi və idarə olunması;
- Vebsaytların ilkin SEO optimallaşdırılması;
- Vebsayt yeniləmələri və texniki xidmətlərin aparılması;
- WordPress, temalar və plaginlər ilə əlaqəli problemlərin aradan qaldırılması və həll edilməsi;
- Vebsayt məlumatlarını qorumaq üçün təhlükəsizlik protokollarını tətbiq edilməsi;
- Əməkhaqqı razılaşma yolu ilə;
Tələblər:
- Wordpress mütəxəssisi olaraq 3 ildən çox iş təcrübəsi;
- Azərbaycan, Rus və ingilis dili biliyi – yüksək səviyyədə;
- Veb sayt optimallaşdırma alətləri (məsələn, Google PageSpeed Insights, GTMetrix) ilə işləmə bacarığı;
- SEO prinsipləri haqqında məlumatlılıq və vebsaytın bu prinsiplərə uyğun olmasını təmin etmə qabiliyyəti;
- Güclü kommunikasiya və komanda ilə işləmə bacarığı.
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.