Auto Azerbaijan

Şirkət haqqında:
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda (Türkiyə) yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.
Əlaqə vasitələri:
Ekstra zəmanət-Əməliyyatçı
Vəzifə öhdəlikləri:
- Satış üçün tələb olunan sənədlərin daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına düzgün daxil edilməsini yoxlamaq;
- Aşkar olunmuş səhvlər barədə müvafiq əməkdaşları məlumatlandırmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Müştərilərin şirkətin daxili qaydaları ilə müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlamaq;
- Şöbəyə aid sənədləri saxlamaq və arxivə təhvil vermək;
- Daxili qaydalara uyğun olaraq əməliyyat şöbəsinə həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
Tələblər:
- 22-30 yaş aralığında namizəd
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək
- Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək
- Loyallıq və şirkət qaydalarına riayət etmək
- Komanda ilə və gərgin iş rejimində işləmək bacarığı.
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Özünə əmin və dinamik xarakter;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Ekstra zəmanət-Əməliyyatçı" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.