Badamdar Hotel & Residences

Şirkət haqqında:
Located within 25 minutes' walk from Upland Park, Badamdar Estates offers 24-hour front desk, dry cleaning and concierge service.
Flame Towers is nearly a 25-minute walk of the 5-star hotel in Baku. Guests of the property can get to Philarmonic Garden, which is about a 25-minute stroll away.
Comprising a city view balcony the rooms at Badamdar Estates are equipped with a flat-screen TV with satellite channels. Some of the stylish units also come with mini-kitchen, microwave, a freezer and other utensils.
Corporate travelers will benefit from a conference space and meeting rooms available on venue.
Əlaqə vasitələri:
Mətbəx təmizliyi üzrə xidmətçi
Əmək funksiyası:
- İş yeri və ətraf əraziləri daim təmiz və səliqəli saxlanılmasını təmin edir
- Qabları otelin daxili qaydalarına əsasən yuyur və təmizləyir;
- Qazanları, tavaları və digər iri mətbəx qablarını xüsusi qabyuyan maşını vasitəsilə yuyur;
- Zibil qablarını təyin olunmuş zibil yığımı qrafikinə uyğun boşaldır;
- Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək;
- Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək.
- Mətbəx avadanlığının inventarizasiyasında yardım etmək.
Tələblər:
Təhsil:
- Orta və ya peşə təhsil
Bilik və Bacarıqlar:
- Fiziki dözümlülük;
- Kimyəvi vasitələrin istifadə qaydalarını bilmək;
- Qabyuyan maşınları və digər yuyucu aparatların istismarı haqqında biliklər
- Stress altında işləmək;
- Çeviklilik;
- Tələblərə və şəraitə uyğunlaşma
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili –arzuolunandır
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
- SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
- Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:
- Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.