İnsan Resursları üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s. əmrlərinin hazırlanması;
- Əmək müqavilələrin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, elektron sisteminə daxil edilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərin məzuniyyət uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Aylıq tabel və davamiyyətin uçotunu aparılması;
- Yeni vakansiya üzrə elanların hazırlanması və axtarış kanallarında yerləşdirilməsi;
- Daxil olan CV-in analiz edilməsi, uyğun namizədlərlə ilkin müsahibələrin aparılması, dəyərləndirilməsi və seçilməsi, keçirilmiş müsahibələrin qeydiyyatının aparılması;
- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
- Təlimlərin təşkilində iştirak etmək, məkanı, nahar fasiləsini rezerv etmək, təlim materialları hazırlamaq;
- Təlimin effektivliyi ilə bağlı statistik məlumatları tərtib etmək və onları rəhbərə təqdim etmək;
- KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsində dəstək göstərmək;
- Daxili qaydaların və prosedurların hazırlanmasında dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməsi.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır);
- Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
- ƏMAS elektron sistemində işləmək bacarığı;
- Azərbaycan dilini yüksək, ingilis dilini orta səviyyədə bilməli, rus dili arzuolunandır;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Sumqayıt şəhəri
- Könüllü tibbi sığorta təminatı
- Korporativ nömrə
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.
Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “İnsan Resursları üzrə aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.