Excellent Trade

Şirkət haqqında:
Əlaqə vasitələri:
Satınalma və logistika üzrə mütəxəssis
Əmək funksiyaları:
- İdxal sənədləri ilə işləmə təcrübəsi:
- Malların idxalı zamanı tələb olunan sənədlərin (faktura, packing list, gömrük sənədləri və s.) hazırlanması və prosesi koordinasiya etmək;
- Gömrük brokerləri və logistik partnyorlarla əməkdaşlığın idarə olunması;
- İdxal prosesində sənəd dövriyyəsinin dəqiq və vaxtında aparılması.
Müqavilələrlə iş bacarığı:
- Müxtəlif kommersiya və hüquqi müqavilələrin hazırlanması, hüquqi və texniki baxımdan yoxlanılması;
- Müqavilə müddəalarının düzgün və əhatəli tərtib edilməsi;
- Müqavilələrin icra prosesinin izlənilməsi və uyğunluğunun təmin edilməsi;
- Müqavilələrdə yaranan hüquqi və əməliyyat suallarına operativ cavab vermək.
Sənədlərin idarə olunması:
- Müxtəlif şirkətlərin müqavilə arxivinin yaradılması və effektiv idarə edilməsi;
- Sənədlərin düzgün yığılması, sistemləşdirilməsi və elektron formatda saxlanılması;
Tender sənədləri ilə iş təcrübəsi:
- Dövlət və özəl sektor tender prosedurlarında iştirak;
- Tender sənədlərinin hazırlanması, təqdim edilməsi və izlənməsi;
- Rəqabət üstünlüyü yaradan təkliflərin hazırlanması.
Satınalma və logistika təcrübəsi:
- Yerli və xarici təchizatçılarla danışıqlar aparmaq və sifarişləri koordinasiya etmək;
- Satınalma prosesini effektiv şəkildə idarə etmək, təkliflərin müqayisəsini aparmaq;
- Logistika zəncirinin təşkili, daşınma və çatdırılma proseslərinə nəzarət etmək.
Bacarıqlar:
- Riyazi və məntiqi biliyi yüksək
- Ünsiyyətlilik
- Qrammatik düzgün yaza bilmək
- Dəqiqlik və diqqətcillik
- Kompyuter bacarığı yaxşı səviyyədə (Office proqramları, xüsusən də excel-də yüksək səviyyədə işləmək təcrübəsi)
Üstünlüklər:
- Ali təhsil (Humanitar yox, texniki ixtisası bitirənlər seçiləcək)
- Oxşar sahədə iş təcrübəsi ən azı 3 il
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 1000-1400 Azn (net)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mail-də başlıq olaraq “Satınalma və logistika üzrə mütəxəssis” qeyd edilməsi vacibdir.
Qeyd: Bütün CV-lər analiz olunacaq və uyğun gələn namizədlərə geri dönüş olunacaq.
Tel: Whatsapp 051-252-02-58 (Vüsal Həsənov)