AZSERVİS MMC

Şirkət haqqında:
Texniki xidmətlər.
Əlaqə vasitələri:
Ofisiant
İş şəraiti
- İş yeri ünvanı: Bakı, Səbail ray., Nizami küç. 90A
- İş qrafiki: Tam iş günü / Növbəli iş qrafiki
- Əmək haqqı: 600 AZN, sınaq müddəti bitdikdən sonra 650 AZN
Müştərilərin qarşılanması və yola salınması:
- Müştəriləri gülərüzlə qarşılamaq, onları masalara müşayiət etmək;
- Menyu ilə tanış etmək və sualları nəzakətlə cavablandırmaq;
- Müştəriyə rahat və xoş mühit yaratmaq.
Sifarişlərin qəbulu və təqdimatı:
- Müştərinin sifarişini diqqətlə dinləmək və düzgün şəkildə qeyd etmək;
- Sifarişi vaxtında və düzgün şəkildə mətbəxə çatdırmaq;
- Hazır sifarişləri masaya səliqəli və düzgün təqdim etmək;
- İsti və soyuq yeməklərin düzgün ardıcıllıqla təqdim edilməsinə nəzarət etmək.
Müştəri məmnuniyyətinin təmin olunması:
- Müştərinin əlavə istəklərinə çevik və nəzakətlə cavab vermək;
- Yaranan problemləri operativ və münaqişəsiz şəkildə həll etmək;
- Müştərilərdən rəy toplamaq və rəhbərliyə bildirmək (əgər tələb olunursa).
Masaların və xidmət zonasının təmizliyi:
- Masaları sifarişdən əvvəl və sonra təmiz və səliqəli saxlamaq;
- Stəkanlar, boşqablar, çəngəl-bıçaqlar və digər avadanlıqların gigiyenik olmasına nəzarət etmək;
- Xidmət zonasının sanitar-gigiyenik normalara uyğun olmasına diqqət yetirmək.
İş yerinin qaydalarına və prosedurlarına riayət:
- Daxili intizam qaydalarına və iş qrafikinə ciddi riayət etmək;
- Forma geyim qaydalarına əməl etmək və səliqəli görünmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
- Kassa ilə işləyirsə, ödənişlərin düzgün qəbul edilməsinə və çeklərin verilməsinə diqqət yetirmək.
Komanda ilə əməkdaşlıq:
- Mətbəx və digər əməkdaşlarla effektiv ünsiyyət və əməkdaşlıq qurmaq;
- Komandada ahəngdar və hörmətli münasibətlərə töhfə vermək.
Ofisiant aşağıdakıları bilməlidir:
- Müştəri ilə nəzakətli və peşəkar ünsiyyət qaydalarını;
- Müştəri məmnuniyyətinin əhəmiyyətini və onun təmin olunması yollarını;
- Yemək və içkilərin düzgün ardıcıllıqla təqdim olunmasını.
- Şəxsi gigiyena və təmizkarlıq qaydalarını;
- Masaların, qab-qacaqların və xidmət sahəsinin sanitariya normalarına uyğun saxlanmasını;
- Qida təhlükəsizliyi və xidmət zamanı diqqət edilməli təhlükəsizlik tədbirlərini.
Tələblər:
- İş təcrübəsi 1 il arzuolunandır
- Gülərüz, məsuliyyətli və kollektivlə işləmə bacarığı olan
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
Əlaqə:
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.