BERC Group

Şirkət haqqında:
“BERC Group" MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında ixtisaslaşmış biznes xidmətləri ekosistem şirkətidir.
Əlaqə vasitələri:
Telesatış mütəxəssisi
BERC Group MMC satış komandasına “telesatış mütəxəssisi” vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərini potensial müştərilərə tanıtmaq üçün şirkət tərəfindən təqdim edilmiş müştəri bazası əsasında zəng vasitəsilə satışların edilməsi;
- Marketinq vasitəsilə cəlb edilmiş potensial müştəri bazası ilə iş;
- İş adamları, kiçik və orta biznes subyektlərinin BERC şirkətlər qrupunun professional xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi və bu ehtiyacların əlaqədar şöbələrə ötürülməsi;
- Telefon zəngləri vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
- Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müvafiq şöbələrlə müştərilər arasında əlaqələndirici (CRM) funksiyasının həyata keçirilməsi;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;
- Potensial müştərilərə xidmət təklif ilə bağlı təqdimatlarının və digər marketinq materiallarının göndərilməsi, onların cari vəziyyəti və nəticəsinin izlənməsi;
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması;
- Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Sağlam müştəri münasibətlərin korporativ standartlara və biznes etikasına uyğun formada qurulması;
- Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
- Xidmətlərin təşviqi və/və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən hər hansı digər tapşırıqların yerinə yetirilməsi.
Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi olmasını üstünlükdür; (Bank və BOKT təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək);
- Ali təhsili;
- Xanım namizədlərə üstünlük verilir;
- İqtisadi biliklərin olması vacibdir;
- Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
- Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
- Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili və ingilis dili üzrə bilikləri olması üstünlükdür);
- Komanda ilə işləmək bacarığı;
- Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Təqdimetmə və inandırma bacarığı.
BERC Group MMC sizə nə vəd edir?
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı (maaş + bonus) ;
- Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti;
- Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
- Korporativ nömrə və danışıq paketi.
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Ünvan: Bakı, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə, 44C