Super Toys

Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Fotoqraf
İş barədə məlumat:
- Mağaza daxilində məhsulların fotosessiyasını aparmaq;
- Şirkətin sosial şəbəkə üçün foto materialların çəkilişini həyata keçirtmək;
- Tapşırıqların sərbəst, lazım gəldikdə isə komanda ilə birgə icra olunması;
- Verilmiş ideyalara əsasən konseptin qurulması;
- Fotolar üzərində retuşların edilməsi;
- Məhsulların real detallarını özündə əks etdirən yüksək keyfiyyətli foto şəkillər çəkmək;
Namizədə tələblər:
- Dizayn proqramlarında işləmə bacarığı
Tələb olunan proqram bilikləri:
- Adobe Photoshop
- Adobe Lightroom
- Corel Draw
- Komanda ilə işləmə bacarığı;
- 18-35yaş arası bəylər;
İş şəraiti:
- Fotoaparat ,avadanlıq və studiya ilə təmin olunma;
Əlaqə: 055-457-97-17 (whatsapp)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Fotoqraf” qeyd edərək CV ilə birlikdə portfolionu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.