Super Toys

Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Sayım üzrə mütəxəssis
İş barədə məlumat:
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
- İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
- Müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
Namizədə Tələblər:
- Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
- Aktiv, məsuliyyətli və diqqətli olmalı;
- Əl terminalları ilə işləmə bacarığı olmalı;
- MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel)
Şirkət təklif edir:
- İş yeri: Sədərək Ticarət Mərkəzi;
- Əmək haqqı 700-800AZN;
- Rəsmi qeydiyyat;
Əlaqə: 051-457-97-17
Qeyd: Namizədlərdən mövzu hissəsində “Sayım mütəxəssisi” vakansiya adını göstərməklə öz cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.