Santral

Şirkət haqqında:
Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir.
On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir.
Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir. Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “Santral Elektrik” LTD-nin bu gün Bakı şəhərində üç müasir satış mərkəzi mövcuddur. İki il əvvəl istifadəyə verilmiş üç mərtəbəli əsas satış mərkəzi 6000 m2-dən artıq sahədə yerləşir.
Əlaqə vasitələri:
Xadimə
Tələblər:
- 38-45 yaş (Xanım namizədlər)
- Orta və ya ali təhsil
- Dillər: Azərbaycan dili (rus dili arzuolunandır))
- Ünsiyyət qurmaq bacarığı
- Kollektivdə işləmək bacarığı
Vəzifə təlimatı:
- Otaqların, yerlərin təmizliyinin sanitariya və gigiyena qaydalarını bilməlidir;
- Sanitar-texniki avadanlıqların istismarı qaydalarını bilməlidir;
- Daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
- Fiziki cəhətdən saglam olmalıdır;
- Səliqəli və məsuliyyətli olmalıdır;
- Gülərüz, xoş görünüşlü olmalıdır;
- Salonun təmizliyinin təmin edilməsi;
İş haqqında:
- Müqavilə: Əmək müqaviləsi
- İş qrafiki: 6 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 500 azn
- Ünvan: 1 - Dərnəgül. Ziya Bünyadov pr 2071; 2 - Abbasqulu Ağa Bakıxanov 2
CV-lərinizi “Xadimə” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
WhatsApp mesaj üçün yalnız – “Xadimə” başlığı ilə CV göndərin - 0512050103