Fortis Group

Şirkət haqqında:
Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
Əlaqə vasitələri:
Satınalma mütəxəssisi (avtomobil ehtiyyat hissələri üzrə)
Satınalma mütəxəssisi (avtomobil ehtiyyat hissələri üzrə)
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Sürücülük vəsiqəsi olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat şöbəsindən daxil olan sorğulara əsasən mal-material və xidmətlərin axtarışının icra edilməsi;
- Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisə edilməsi, dəyərləndirilməsi;
- Təchizatçılarla yazılı və şifahi əlaqələrin aparılması;
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanılması;
- Təchiz ediləcək mal-materialların və xidmətlərin müqayisəli şəkildə, ən sərfəli qiymət, keyfiyyət və şərtlərlə rəhbərliyin təsdiqinə təqdim edilməsi;
- Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin hazırlanıb, icra edilməsi;
- Mal-material alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
- Sifarişlərin statusunun mütəmadi olaraq izlənilməsi və müvafiq hesabatlarda qeyd edilməsi;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edilməsi, onların qəbulunda iştirak edilməsi və anbara təhvil verilməsinin həyata keçirilməsi;
- Satınalma prosesi üzrə alınmış mal-materialların qeydiyyatının aparılması, hesab-fakturaların hazırlanması və işlənilməsi;
- Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir;
- Avtomobil ilə təmin edilir (mexaniki sürətlər qutusu);
- Yanacaq limiti ilə təmin edilir;
- Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Satınalma mütəxəssisi (avtomobil ehtiyyat hissələri üzrə)” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.