Proweb Creative Agency

Şirkət haqqında:
Şirkət haqqında
Şirkətimiz veb-sayt və mobil tətbiqetmələrin tərtibatı, brendləşdirmə və elektron ticarət sahələrində 12 ildən artıq təcrübəyə malik, Bakıda yerləşən aparıcı rəqəmsal agentliklərdən biridir. "Proweb Creative Agency" veb-sayt və mobil tətbiqetmələrin tərtib edilməsi, SEO - "Google"a optimallaşdırma, Domen və Hostinq xidmətləri və s. xidmətlər göstərir.
Əlaqə vasitələri:
Middle PHP developer
İş barədə məlumat:
- Laravel layihələr ilə iş təcrübəsi mütləqdir.
- Şirkətin PHP və eyni zamanda Laravel istifadə edilərək proqramlaşdırılmış mövcud daxili və müştəri layihələrindəki işlərin yerinə yetirilməsi və davam etdirilməsi
İş şəraiti:
- Həftə içi 5 gün (şənbə günləri hibrid iş rejimi)
- İş saatı: 09:45-dən - 18:00-dək
- Əmək haqqı (Başlanğıc): 1500 - 2000 AZN Müsahibə əsasında təyin olunacaq
Namizədə tələblər:
- Core Php bilikləri
- 1-3 il arası təcrübə
- Framework- lar (Laravel, Codeigniter)
- Serverlər və hostinq idarəetmə panelləri ilə işləmə bacarığı
- Problem həlletmə və alqoritmik düşünmə qabiliyyəti
- Verilənlər bazası ilə iş təcrübəsi, mürəkkəb sorğularla təcrübə
- ERP və iş idarəetmə sistemləri ilə iş təcrübəsi
- E commerce platformalarının hazırlanması üzrə təcrübə
- REST və REST FULL API ilə əlaqədar bilik və təcrübə
- HTML,CSS,JAVASCRİPT, BOOTSTRAP ilə rahat işləmə bacarığı (Mütləqdir)
- OOP, MVC
- SQL (MySql)
- JSON, XML
- Docker, Podman, Kubernetes, LXC, Containerd (ən az birində təcürbə)
- Linux, Ubuntu kimi əməliyyat sistemləri ilə təcrübə
- Socket Texnalogiyaları ilə təcrübə
- GIT ilə işləmə bacarığı
- S.O.L.I.D prinsiplərinə hakim olma, səliqəli və anlaşılan kod yazmaq bacarığı
- Analitik düşünmə qabiliyyət
- Yüksək qavrama qabiliyyəti
- Serverlər ilə təcrübə və optimizasiya bilikləri
- Kod analizi
Biz nələr vəd edirik:
- Fərqli və müxtəlif təyinatlı innovativ layihələrdə iştirak
- PHP-dən başqa dillərdə təcrübə qazanma imkanı
- Fərqli servislərlə çalışma
- Fərqli database-lər ilə təcrübə
- Böyük datalar ilə təcrübə
- Kod optimizasiyası sahəsində təcrübə
Qeyd: Node js və ya python ilə təcrübə üstünlük sayılacaq və namizədin digər işgüzar fəaliyyətlərinə görə iş saatlarında heç bir dəyişiklik aparılmayacaq. Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına mövzu hissəsinə “Middle PHP developer” qeyd edərək göndərə bilərlər.