NOVCO Group of Companies

Şirkət haqqında:
Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Tommy Hilfiger, Lacoste, Coccinelle, Bebe, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, Calvin Klein, ADL, LMB və s. dünyanın tanınmış geyim və aksesuar brendlərini Azərbaycanda təmsil edir.
Əlaqə vasitələri:
Mühasib
İş şəraiti
- Ünvan: Hüseyn Cavid prospekti, Bakı
- İş qrafiki: Həftə içi 5 gün | 08:30–17:30 və ya 09:00–18:00
- Əmək haqqı: 850 AZN gross
Sənin gündəlik vəzifələrin:
- Yerli və xarici ödənişlərin icrası;
- E-qaimələrin yüklənməsi və payable sənədlərin işlənməsi;
- YGB-lərin DG portalından yüklənməsi və qeydiyyata alınması;
- Analıq və sosial məzuniyyətlərin işlənməsi;
- Əmək haqqı kartlarının sifarişi və idarə olunması;
- Posterminalların sifarişi və deaktivasiyas;ı
- Z çeklərin bank çıxarışları ilə uyğunluğunun gündəlik yoxlanması;
- Aylıq Z çeklərin Excel-ə işlənməsi;
- Gündəlik bank balanslarının hazırlanaraq rəhbərliyə göndərilməsi.
Səndən gözlədiklərimiz:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- Analoji sahədə minimum 1 il iş təcrübəsi
- 1C 8.3 və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı
- Dəqiqlik, operativlik və məsuliyyətli yanaşma
Müraciət et və komandamıza qoşul!
CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud 0502501109 əlaqə nömrəsinə göndər!