AZZA Cake House

Şirkət haqqında:
10 ildən çoxdur ki, müştərilərimiz hər məhsulun ən yaxşısı və mükəmməlini əldə edirlər. Uzun illər boyu siz həyatınızda olan mühüm və əlamətdar günlər üçün hədiyyə olaraq tort, şirniyyat və digər məhsulların seçimində bizə etibar edirsiniz. “AZZA” – adı yüksək keyfiyyət və xüsusi zövq sözləri ilə sinonim olub.
Biz sizi və yaxınlarınızı sevindirmək üçün ən yaxşı şirniyyatçı və aşbazları işə cəlb etdik, dünyanın müxtəlif alkoqollu içkiləri, şokolad və çay brendləri ilə əməkdaşlıq etdik.
Əlaqə vasitələri:
Yeşik yuyan və qurudan
Tələblər:
- Orta və ya natamam orta təhsil
- Cins-kişi/qadın
Vəzifələr:
- Tapşırıqların yerinə yetirilməsi, iş avadanlıqlarının və istifadə olunmuş qabların təmizlənməsi.
- Xüsusi avadanlıqla qabların, yeşiklərin yuyulması
- İş yerinin səliqə-səhmanda saxlanılması
- Müdiriyyətin tapşırıqlarının yerinə yetirilməsi
Kompaniya təklif edir:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən verilir
- Rəsmi qeydiyat
- Əmək haqqı 600-700 azn
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı "Yeşik yuyan və qurudan" qeyd olunmaqla, göndərə bilərlər.