Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
Auditor
Vəzifə Təsviri:
Azərsun Holding olaraq, Daxili Audit Direktorluğuna auditor axtarırıq. Bu rol, maliyyə əməliyyatlarının və hesabatlarının düzgünlüyünü, şirkətdaxili proseslərin effektivliyini və uyğunluğunu qiymətləndirmək, riskləri müəyyənləşdirmək və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə daxili audit yoxlamalarının həyata keçirilməsi.
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Mühasibat, maliyyə və ya audit sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- 1C, SAP Proqram biliklərinin olması;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması;
- Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Ezamiyyətə açıq olmalı.
İş haqqında məlumat:
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
- Rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron poçt ünvanına və Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Auditor” göstərməyiniz xahiş olunur.