Akabe İnşaat

Şirkət haqqında:
2000-ci ildən etibarən fəaliyyət göstərən və öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan Akabe inşaat sahəsində keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə qürurla təqdim edir. İnşaat materiallarının istehsalı və satışı ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərən Akabe inşaat Avropa və Asiyanın tanınmış brendlərinin Azərbaycandakı rəsmi distribüteridir. Akabe adları sadalanan məhsul çeşidlərinin satışını reallaşdırır:
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- İstirahət: Şənbə-Bazar günləri
- Əmək haqqı: 800-1000 Azn
- İş yeri: KÜTAHYA AZƏRBAYCAN (N.Nərimanov,Albert Aqarunov heykəlinin yanı)
Namizədə tələblər
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : müvafiq sahədə minimum 2 (iki) il
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Namizədlərdən xahiş olunur,tələblərə diqqətlə nəzər yetirib,daha sonra CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvana göndərəsiniz.