Azersun Holding

Şirkət haqqında:

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Qida sektorunda  Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.

Əlaqə vasitələri:

Rəsmi əlaqələr və vergi üzrə şöbə müdiri

Vəzifə Təsviri: 

Azərsun Holdinq olaraq, Pərakəndə müəssisələri üzrə vergi şöbəsinə Şöbə müdiri axtarırıq. Bu rol, əsasən holdinqə daxil olan şirkətlərin (pərakəndə ticarət sahəsi) vergi öhdəliklərini idarə edir, qanunvericiliyə uyğunluğu təmin edir və maliyyə proseslərini optimallaşdırır. O, vergi yoxlamalarında şirkəti təmsil edir, hesabatları nəzarətdə saxlayır və inkişaf təklifləri hazırlayır.

Tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
  • Rus, Türk, İngilis dillərini bilmək üstünlükdür;
  • Maliyyə, Mühasibatlıq, Vergi üzrə minimum 5 il iş təcrübəsi;
  • Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Standartlarını (İFRS) və onların tətbiqini bilməlidir;
  • Mühasibat, maliyyə, vergi və dövlət büdcəsi sistemi haqqında məlumatlı olmalıdır;
  • BTP proqramından və online kargüzarlıqdan professional istifadə edə bilməli;
  • Maliyyə təhlili üsullarını bilməlidir;
  • Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları, eləcə də rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməlidir;
  • Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini bilməlidir;
  • İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
  • İdarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalıdır.

Vəzifə öhdəlikləri:

  • İşin gedişi ilə bağlı olaraq Baş mühasib və maliyyə müdiri ilə birgə işləmək;
  • Şirkət mənafelərini qoruyaraq Vergi işləmlərinin həyata keçirilməsinə  dəstək olmaq;
  • Yaxşılaşdırılma və inkişaf ilə bağlı mürəkkəb məsələlər ilə bağlı təkliflər  hazırlamaq;
  • Hesabat dövrləri (aylıq, rüblük və illik hesabat dövrləri) üzrə vergi bəyannamələrinə, hesabat və təqdim olunacaq məlumatlar a nəzarət və qiymətləndirməsi;
  • Vergi qanunvericiliyi və vergi  hüququ üzrə məsləhətlərin verilməsi;
  • Vergi münasibətlərində vergi ödəyicisinin qanuni və səlahiyyətli nümayəndəsi olaraq iştirak edilməsi.  (lazım olduqda vergi idarəsinə getmək)
  • Vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti, həmçinin kameral vergi yoxlaması zamanı texniki, əməli dəstəyin verilməsi;
  • Yoxlama zamanı yoxlama proseslərində aktiv iştirak etmək, yoxlamanın başlanma tarixindən akt təhvil verilənədək şirkət ilə vergi orqanı arasında körpü olmaq;
  • Müəssisələr ilə əməkdaşlıq edən qeyri-rezidentlərə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA01, 02, 03, 04, 05 ilə bağlı vergi organına müraciət etmək;
  • Şirkətin vergi kuratoru ilə vergi müasibətilə bağlı bir başa əlaqə saxlanmalı;
  • Vergi qanunvericiliyi üzrə təlim, tədrislərin təşkili və aparılması.

 İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Rəsmi əlaqələr və vergi üzrə şöbə müdiri" qeyd etməyiniz xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap