Xadimə
Vəzifələr və məsuliyyətlər:
- Şirkətə məxsus ofis otaqları, iclas otaqları və daxili mətbəxin gündəlik təmizliyini təmin etmək.
- Ofis mebellərinin (stol, stul, şkaf və s.) tozunu almaq.
- Zibil qutularının boşaldılması və tullantıların təyin olunmuş yerə təhvil verilməsi.
- Mətbəx hissəsinin təmizliyi, qabların yuyulması və çay/kofe bucağının səliqəli saxlanılması.
- İclas və qonaq otaqlarının görüşlərdən əvvəl və sonra səliqəyə salınması.
- Ofis əməkdaşlarına, qonaqlara və rəhbərliyə çay/kofe xidməti göstərilməsi (tələb olunduqda).
- Təmizlik vasitələrinin düzgün saxlanılması və istifadə olunması.
Tələb olunan bilik və bacarıqlar:
- Təmizlik sahəsində minimum 3-5 il iş təcrübəsi arzuolunandır.
- Gigiyena və təmizlik normalarını bilməli.
- Nizam-intizamlı, diqqətli və məsuliyyətli olmaq.
- Etibarlı, dürüst və etika qaydalarına riayət edən olmalıdır.
- Komandada işləmək bacarığı və ünsiyyət qabiliyyəti.
İş şəraiti:
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vakansiya adını qeyd edərək göndərə bilərlər.