Papellon Trade MMC

Şirkət haqqında:
Yumşaq yataq mətbəx hər cür mebell istahsali ilə məşgul olan şirkətdir.
Əlaqə vasitələri:
Yumşaq Mebel üzrə istehsal rəhbəri
İşin təsviri:
- İş yumşaq mebel fabrikində istehsalın təşkili və keyfiyyətinə nəzarət eləcə də, fabrikin mənfəətli və faydalı iş mexanizminin idarə olunmasını həyata keçirməkdən ibrarətdir.
İş şəraiti:
- İş saatı – 6 gün / 09:00 – 18:00 /
- Əmək haqqı 1200 -1500AZN
- İstehsal fabriki Koroğlu metrosuna yaxın ərazisində yerləşir
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Vəzifə və öhdəliklər:
- Fabrik işinin təşkili və idarə edilməsi.
- Müasir və klasik üslub istiqamətlərini bilməsi,
- Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
- Müştəri ilə işləmə qabiliyyəti
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və fabrik işçilərini daimi məlumatlandırmaq;
- Fabrikdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
- Aylıq qoyulan istehsal planını icra etmək;
- Rəhbərliyə hesabatları hazırlayıb təqdim etmək.
İşin tələbləri:
- Ali təhsil;
- Minimum 5 il istehsalat sahəsində rəhbər iş təcrübəsi olmalı;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Analitik təhlil qabiliyyətinə sahib olmalı;
- MS Office proqramları üzrə istifadə biliyi;
Müraciət CV- ilədir, başlığa “istehsal rəhbəri” qeyd edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: +994 55 222 60 30