Karal Medical Group

SMM mütəxəssisi
Vəzifə öhdəlikləri
- Şirkətin sosial media hesablarının (instaqram,fb,linkedin) idarə edilməsi;
- Sosial Media reklam strategiyalarının hazırlanması,aylıq post planının hazırlanması, mövzuya uyğun kontentlərin hazırlanması və yerləşdirilməsi və icrası;
- Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması;
- Satış məqsədləri üçün pr və reklam mətnlərinin hazırlanması;
- Reklam kampaniyalarının yaradılması, idarə edilməsi və effektivliyinin ölçülməsi;
- Bazar araşdırması, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
- Səhifəyə gələn sorğuların aidiyatı şəxsə yönləndirilməsi;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
- Xüsusi, əlamətdar günlərlə bağlı paylaşımların hazırlanması;
- Məmnun müştərilərlə bağlı, mütəmadi olaraq post hazırlanması və səhifədə paylaşılması. Məmnun müştərilərlə əlaqə saxlanılmasıı;
- Yeniliklərlə bağlı paylaşımla bərabər, müştərilərə mail, push notification göndərilməsini, xəbərin paylaşılmasının təmin edilməsi;
- Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi;
Tələblər:
- 22 -yaş dan yuxarı şəxslər;
- Təhsil- Ali
- Azərbaycan (ana dilini) qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
- Ingilis dili (Intermediate)
İş şəraiti
- Əmək haqqı – Plan və nəticələrə əsasən.
- İş qrafiki - 09:30 – 18:00 (5 günlük)
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini SMM qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.