Blue Planet Distribution

Şirkət haqqında:

Blue Planet Distribution şirkəti Azərbaycan ərazisində idman, dəbli geyim və zinyət əşyaları brendləri üzrə aparıcı partnyorlardan biridir. Şirkət Paşa Holdinqin tərkibinə daxildir. Fəaliyyət göstərdiyimiz sahədə dərin biliklər və müştərilərə müstəsna xidmət bizi fərqləndirərək daha da inkişaf etdirir.

Bu gün Blue Planet şirkəti idman sahəsində Go Sport, Courir, Skechers və Nike brendlərinin Azərbaycanda rəsmi brend partnyorudur. Pərakəndə sektorundan dərin məlumatlılıq, istehlakçı vərdişlərinin, davranışlarının dayanmadan öyrənilməsi sayəsində Blue Planet fəaliyyət sahəsini genişləndirərək dəbli geyim və zinyət əşyaları sektorunda da Celine, Brunello Cucinelli, Tiffany, Bvlgari, Dolce&Gabbana, Valentino kimi brendlərin Azərbaycanda rəsmi partnyoru olmağı bacarmışdır. 2021-ci ildə isə Blue Planet Nine West brendi ilə rəsmi əməkdaşlığa uğurla imza atmışdır.

Əlaqə vasitələri:

Daxili Nəzarət və Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

İş barədə məlumat:

  • Departament: Daxili Nəzarət və Risklərin İdarəedilməsi 
  • Birbaşa tabe olur: Departament müdiri
  • Məşğulluq vəziyyəti: Tam iş vaxtı

Vəzifə öhdəlikləri:

  • Risklərin İdarə Edilməsi Siyasət və Prosedurlarının həyata keçirilməsinə dəstək vermək.  
  • Risklərin müəyyən edilməsi, təsir edən əsas səbəb və amillərinin təhlili əsasında risk siyasətinin formalaşdırılması üzrə təkliflər vermək, müxtəlif risk və tənzimləyici Nəzarət Siyasəti və Prosedurlarına riayət olunmasına nəzarət etmək.                                                  
  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişlərinə əsasən, struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses və qaydaların izlənilməsini, epizodik yoxlama və araşdırmalar aparılmasını, xidməti təqdimatların göndərilməsini həyata keçirmək.    
  • Struktur bölmələrdə risklərin dəyərləndirilməsi üçün bütün maliyyə əməliyyat və proseslərinin yoxlanışını həyata keçirmək.                                                     
  • Dəyərləndirmə apardığı strukturlarda yoxlama nəticələrinə, müəyyən edilmiş risklərə və aşkarlanan proses boşluqlarına dair aidiyyəti şəxslərə dəyişiklik və əlavələrlə bağlı təkliflər irəli sürmək.                                                   
  • Əməliyyatların davamlı monitorinqini aparmaq, risklərin baş vermə ehtimalını təhlil etmək və proseslər, risklər və nəzarətin təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək.              
  • Əsasnamə ilə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində nəzarət və yoxlama tədbirlərinin həyata keçirilməsi üçün lazımi şərait yaratmaq və bu tədbirləri vaxtında başa çatdırmaq. 
  • Şirkət strukturlarının iş prosesini tənzimləyən prosedur/qayda/təlimatların incələnməsini, risklərin qiymətləndirilməsi və boşluqlar üzrə tövsiyələrin verilməsini həyata keçirmək.          
  • Yenilənmiş prosedurlar üzrə iş prosesinin uyğunluğunun yoxlanılması və iş icraatının monitorinqini həyata keçirmək .                                               
  • Biznes prosesləri,riskləri SWOT analizlər metodu ilə araşdırmaq və beynəlxalq təcrübə üzrə uyğunlaşdırmaq.                                                  
  • Aparılan yoxlama nəticələri və daxil olan insident məlumatları üzrə reyestrin qurulmasını, risk matriksinin formalaşdırılmasını həyata keçirmək.                            
  • Gündəlik iş prosesi zamanı struktur daxili əməkdaşlardan və ya digər strukturlardan riskli əməliyyatlar barədə daxil olan məlumatlar üzrə risiklərin müəyyən edilməsini və nəzarət alətinin təklif edilməsini, həmçinin, tənzimlənməsi məqsədi ilə prosedurun tərtib edilməsini həyata keçirmək.                                        
  • Əməkdaşlıq etdilən şirkət və tərəfdaşların tərəfindən yol verilmiş neqativ hallar üzrə risklərin və boşluqların  müəyyən edilməsi və bu risklərin şirkətə vura biləcəyi (dəymiş) ziyanın proqnozlaşdırılmasını  və statistikasını tərtib etmək.                                     
  • Hər bir struktur üzrə icra edilən iş axışının təsdiqlənmiş binzes proseslə əhatə edilmə vəziyyətinin statistik təhlilini həyata keçirmək.
  • Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək.
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil: Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr (magistr dərəcəsi üstünlükdür);
    Beynəlxalq sertifikatlar (ACCA, CIA, CRMA, CISA və s.) üstünlük hesab olunur.
  • Daxili nəzarət, risklərin idarəedilməsi və ya daxili audit sahəsində ən azı 3-5 il müvafiq iş təcrübəsi;
    Pərakəndə satış  (xüsusilə lüks və sport seqmentləri) və ya FMCG sahəsində təcrübə üstünlükdür.
  • Risklərin idarəedilməsi və daxili nəzarət üzrə beynəlxalq standartlar (məsələn, COSO, ISO 31000) haqqında biliklər;
    Proseslərin xəritələndirilməsi, risk analizi və nəzarət mexanizmlərinin qurulması bacarığı;
    Prosedurların və siyasətlərin hazırlanması, audit yoxlamalarının təşkili və hesabatlandırma sahəsində təcrübə;
    Pərakəndə satış əməliyyatlarında risklərə fokuslu yanaşma (anbar, kassalar, satış nöqtələri və s.).
  • MS Office proqramları üzrə yüksək bilik (xüsusilə Excel, PowerPoint və Visio);
    ERP və POS sistemləri üzrə işləmə bacarıqları
    Analitik düşüncə və məlumatlarla işləmək bacarığı; Power BI və ya digər analitik alətlər üzrə təcrübə üstünlükdür.
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
    Müxtəlif funksional komandalarla əməkdaşlıq və əlaqə yaratmaq bacarığı;
    Güclü yazılı və şifahi kommunikasiya bacarıqları (Azərbaycan dilində sərbəst, İngilis dilində orta və ya yüksək səviyyədə bilik).

İş şəraiti və imtiyazlar:

  • İş saatları: 09:00 – 18:00, Bazar ertəsi – Cümə
  • Əməkhaqqı: Təcrübə və müsahibə nəticələrinə əsasən 
  • Karyera yüksəlişi imkanları
  • Peşəkar və inkişaf yönümlü iş mühiti
  • KPI bonusları
  • Könüllü tibbi sığorta
  • Korporativ mobil xətt
  • İşçi endirimləri
  • Partnyor endirimləri (restoranlar, təhsil, səyahət və s.)

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adı ilə birlikdə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Yalnız tələblərə tam uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap