Uni Ko QSC

Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Xərclərə Nəzarət üzrə Mühəndis (Tikinti layihələri üzrə)
Vəzifə öhdəlikləri:
- Tikinti üzrə bağlanmış müqavilələrin xərclərə nəzarət işlərini icra edililməsi
- Layhəyə əsasən iş həcmlərinin çıxarılması
- Layihə icrası zamanı dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərinin tərtibi, əlavə işlərin təklif və razılaşma qiymətlərinin hesablanması və sifarişçi ilə razılaşdırması
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi) və vaxtında təhvil verilməsini
Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək - Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılmasını etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsini
- Tikinti sahələrdən gələn texniki hesabatların yoxlanması
- Layihədəki büdcə risklərin analizini etmək;
- Büdcə və xərclərə nəzarətin aparılması.
Tələblər:
- Mühəndis / memar ixtisası üzrə ali təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus (minimum 1 xarici dil)
- Komputer bilikləri: Excel və AutoCAD proqramları üstün səvviyyədə;
- İşə məhsuliyyətli yanaşmaq;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf səriştəsi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.