Pizza Mizza

Şirkət haqqında:
"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün bizim seçimimiz məhz "Pizza Mizza" adı olmuşdur.
"Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır.
İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur. Həmin şöbə Yasamal rayonunun ən qaynar nöqtəsində, daha dəqiq desək, Statistika Komitəsinin yaxınlığında yerləşir. İkinci filial isə 21 sentyabr 2015-ci il tarixində Nərimanov rayonu, Heydər Əliyev mərkəzinin yaxınlığında istifadəyə verilmişdir. 27 aprel 2016-cı ildə 3-cü filial Sahil filialı açılmışdır. Lakin onun yerləşmə lokasiyası uğurlu olmadığından filialın fəaliyyəti şirkət tərəfindən dayandırılmışdır. 14 dekabr 2016-cı ildə isə "Pizza Mizza"-nın daha bir filialı Həzi Aslanov metro stansiyasının yaxınlığında fəaliyyətə başlamışdır.
2018-ci ildə şirkətin rebrendinq olunması və bütün konseptin dəyişilməsi qərarı verildi. 2019-cu ilin noyabr ayında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında "Pizza Mizza"-nın yeni filialının tam yeni formatda açılışı baş tutdu.
10 oktyabr 2020-ci ildən "Pizza Mizza"-nın daha bir filialı Zabrat 1 qəsəbəsi (Rahat Market-in daxilində) fəaliyyət göstərməyə başlamışdır.
24 noyabr və 3 dekabr 2021-ci ildən "Pizza Mizza"-nın filialı "Zefir Mall"-da və Murtuza Muxtarov 190 (Kaspian Plazanın yaxınlığında) ünvanlarında fəaliyyət göstərməyə başlamışdır.
Əlaqə vasitələri:
Ərazi meneceri
Pizza Mizza” MMC-yə “Ərazi meneceri” tələb olunur.
Pizza Mizza MMC ailəsi olaraq, 2-dən 4-ə qədər filialına dəstək göstərəcək, onları inkişaf etdirəcək və uzunmüddətli satış və mənfəəti maksimuma çatdırmaq üçün restoran əməliyyatlarını yaxşılaşdıracaq tam ştatlı Ərazi meneceri axtarırıq. Bu şəxs problemləri həll etməyi bacarmalı, növbələrdə işləyə bilməlidir.
Ərazi meneceri, xarici müştərilər və restoran rəhbərliyi və işçi heyəti daxil olmaqla müştərilər ilə müsbət işgüzar əlaqələr qurmaq üçün Pizza Mizza dəyərlərini və liderlik davranışlarını daim nümayiş etdirməlidir.
Ərazi meneceri, 2-4 restoranın ümumi menecerləri ilə birlikdə keyfiyyət, xidmət və təmizlik standartlarını qorumaq, qida təhlükəsizliyi standartlarına riayət etmək, yeni təşəbbüslər, yeni məhsul və yeni standartlar buraxılışlarını vaxtında həyata keçirmək üçün işləyəcək. O, həmçinin restoranların maliyyə performansının yüksək səviyyədə olmasını təmin etməlidir.
İş barədə məlumat:
- Təhkim edilmiş filiallar üzrə ən yüksək satış həcminə nail olmaq, müştəri mənmuniyyətini artırmaq, xərcləri və itkiləri maksimum azaltmaq, restoranın daimi fasiləsiz və yüksək səviyyədə fəaliyyətini və müştərilərə yüksək səviyyədə xidməti təmin etmək üçün həmin filiallara dəstək olmaq.
- Təhkim edilmiş filiallar üzrə əməliyyat standartlarına, işçi heyətinə və cədvəllərə nəzarət etmək.
- Potensial liderlərə mentorluq etmək və əvəzedicilərin yetişdirilməsini idarə etmək.
- Satış hədəflərinə çatmaq üçün təhkim edilmiş filiallara dəstək olmaq.
- Müxtəlif platformalarda yüksək müştəri məmnuniyyəti reytinqini/səviyyəsini saxlamaq.
- Davamlı təkmilləşmə üçün satış məlumatlarını və müştəri rəylərini təhlil etmək.
- Qida təhlükəsizliyi, təmizlik və əməliyyat standartlarına riayət olunmasını təmin etmək.
- Daxili və xarici audit üçün filialları hazırlamaq.
- Müntəzəm auditlər aparmaq və lazım gəldikdə düzəldici tədbirlər həyata keçirmək.
- Filialların performans göstəricilərini izləmək və təhlil etmək.
- Performansın təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq və tətbiq etmə
- Filialların satış və marketinq fəaliyyətlərini idarə etmək və nəzarət etmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək
- Filial menecerləri və işçilərin inkişafını təmin etmək üçün təlimlər keçirmək və dəstək vermək.
- İşçilərin motivasiyasını və performansını artırmaq üçün tədbirlər görmək
- Filiallarda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
- Filial işçiləri ilə sıx əməkdaşlıq etmək və onlarla effektiv ünsiyyət qurmaq.
- İşçilərin inkişafı və təliminə fokuslanmaq, onların performansını artırmaq üçün tədbirlər görmək.
- Şirkətin mövcud Standart İş Prosedurlarını (SOP) və daxili qaydalarını izləmək və onların düzgün yerinə yetirilməsini təmin etmək.
- Yeni SOP-ları və şirkət qaydalarını tətbiq etmək və onların effektiv həyata keçirilməsini təmin etmək.
- SOP-ların və qaydaların icrasını nəzarət etmək və mütəmadi olaraq yenilikləri təklif etmək.
Namizədə tələblər:
- Restoran idarəçiliyi və ya oxşar sahədə ən azı 3-5 il iş təcrübəsi. Sürətli xidmət restoranları (QSR) və ya kafe formatlarında təcrübə arzuolunandır.
- Güclü layihə idarəetməsi, satış bacarığının olması, işçi heyətinin idarə edilməsi və maliyyə menecmenti üzrə biliklərin oması.
- Əla ünsiyyət, liderlik və işçilərlə kommunikasiya bacarıqları olmalıdır.
- Çevik, problem həlletmə bacarığı olmalıdır.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- P&L və maliyyə hesabatları ilə işləmə bacarıqları olmalıdır.
- Dil bilikləri, səlis Azərbaycan dili,Rus və İngilis dili.
- İş cədvəlinə uyğunlaşma və səyahət etmə imkanı.
- MS Office,IIKO, Smartorder, Google Sheets proqramlarından sərbəst istifadə bacarığı.
İş şəraiti:
- İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
- Əmək haqqı: müsahibə əsasında
- Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus
- Nahar verilir
Zəhmət olmasa qeyd edin ki, müraciət üçün cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına başlıqda elanın adını qeyd edərək müraciət edə bilərlər