Amper Elektrik

Şirkət haqqında:
“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod, fabrik, servis və ticarət mərkəzləri ilə əməkdaşlıq edir, onları mütəmadi olaraq mal və materiallarla təmin edir. Əməkdaşlıq etdiyimiz hər bir sektorda fəaliyyət göstərən müştəriyə yüksək keyfiyyətdə xidmətin göstərilməsi üçün və ölkə bazarında qazandığımız etibarın daha da artırılması üçün təmin etdiyimiz hər bir məhsulun keyfiyyətinə zəmanət verir və avadanlıqların servisini operativ şəkildə hə- yata keçiririk. Bununlada sizin etimadınızı daha çox qazanaraq , sizinlə da-ha uğurlu əməkdaşlıq etməyə səy göstəririk.
Əlaqə vasitələri:
1C Operatoru (İstehsalat Sahəsi üçün)
Vəzifə öhdəlikləri:
- İstehsalatda materialların və məhsulların 1C sistemində qeydiyyatının aparılması;
- Anbar hərəkətlərinin (gələn-çıxan məhsullar) 1C sistemində düzgün işlənməsi;
- İstehsalat planlarının və sifarişlərinin 1C-də yaradılması və izlənməsi;
- Hesabatların hazırlanması (anbar, istehsal, qalıq və s.);
- Mühasibatlıq və istehsalat şöbəsi ilə sıx əməkdaşlıq;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- 1C proqramı ilə iş təcrübəsi (xüsusilə "1C: Müəssisə", "1C: Ticarət və Anbar", "1C: İstehsalat");
- İstehsalat və anbar uçotu üzrə biliklər;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyət və diqqətlilik;
- Komandada işləmək bacarığı.
- İstehsalat sahəsində 1C üzrə təcrübənin olması;
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı 900 Azn (NET) + Bonus
- 6 günlük iş rejimi
- Ünvan: Abşeron rayonu Atyalı kəndi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “1C Operatoru” (İstehsalat Sahəsi üçün) sözlərini qeyd edərək Müraciət Et düyməsində qeyd olunan e-ünvanına göndərsinlər.