İnformasiya təhlükəsizliyi üzrə menecer
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
İT infrastrukturunun müdafiəsi
- Server, şəbəkə və sistemlərin təhlükəsizliyinin təmin edilməsi üçün texniki və prosedur tədbirlər görmək.
Məlumatların qorunması
- Şirkətin məxfi məlumatlarının, müştəri və əməkdaş məlumatlarının qorunması üzrə tədbirlər planlaşdırmaq və nəzarətdə saxlamaq.
İnsidentlərin idarə olunması
- Təhlükəsizlik pozuntuları və ya kibertəhlükə hallarında dərhal reaksiya verilməsi və hadisələrin araşdırılması proseslərini idarə etmək.
Uyğunluq və audit hazırlığı
- ISO/IEC 27001, GDPR və digər informasiya təhlükəsizliyi standartlarına uyğunluğun təmin olunması; audit və yoxlamalara hazırlıq.
Texniki Bacarıqlar:
- Şəbəkə təhlükəsizliyi (firewall, IDS/IPS, VPN və s.).
- Endpoint və sistem təhlükəsizliyi (AV, DLP, EDR və s.).
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik auditi prosesləri.
- İnsident idarəetmə, log analizi və SIEM platformalarının istifadəsi.
- Məlumatların şifrələnməsi, autentifikasiya metodları.
- ISO/IEC 27001, NIST, GDPR, və yerli informasiya təhlükəsizliyi qanunvericiliyi üzrə biliklər.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – yaxşı
- Rus dili – arzu olunandır.
Namizədlər mövzu hissəsində "Informasiya təhlükəsizliyi üzrə menecer" yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.