Pizza Mizza

Şirkət haqqında:
"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün bizim seçimimiz məhz "Pizza Mizza" adı olmuşdur.
"Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır.
İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur. Həmin şöbə Yasamal rayonunun ən qaynar nöqtəsində, daha dəqiq desək, Statistika Komitəsinin yaxınlığında yerləşir. İkinci filial isə 21 sentyabr 2015-ci il tarixində Nərimanov rayonu, Heydər Əliyev mərkəzinin yaxınlığında istifadəyə verilmişdir. 27 aprel 2016-cı ildə 3-cü filial Sahil filialı açılmışdır. Lakin onun yerləşmə lokasiyası uğurlu olmadığından filialın fəaliyyəti şirkət tərəfindən dayandırılmışdır. 14 dekabr 2016-cı ildə isə "Pizza Mizza"-nın daha bir filialı Həzi Aslanov metro stansiyasının yaxınlığında fəaliyyətə başlamışdır.
2018-ci ildə şirkətin rebrendinq olunması və bütün konseptin dəyişilməsi qərarı verildi. 2019-cu ilin noyabr ayında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında "Pizza Mizza"-nın yeni filialının tam yeni formatda açılışı baş tutdu.
10 oktyabr 2020-ci ildən "Pizza Mizza"-nın daha bir filialı Zabrat 1 qəsəbəsi (Rahat Market-in daxilində) fəaliyyət göstərməyə başlamışdır.
24 noyabr və 3 dekabr 2021-ci ildən "Pizza Mizza"-nın filialı "Zefir Mall"-da və Murtuza Muxtarov 190 (Kaspian Plazanın yaxınlığında) ünvanlarında fəaliyyət göstərməyə başlamışdır.
Əlaqə vasitələri:
İşə qəbul üzrə mütəxəssis
Vəzifə Öhdəlikləri
- Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası;
- Daxil olan Vakansiya tələbinə əsasən işçi ehtiyacının təhlili;
- Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəltmə portalları, sosial və peşəkar şəbəkələr (məs. Linkedln)) və s.;
- CV-lərin screeningi, namizədlərin short listinin haızrlanması və ilkin müsahibənin keçirilməsi;
- Müsahibələrin online və ya offline təşkili, referansların alınması;
- Ehtiyac olarsa, namizədlər üçün test mərhələnin keçirilməsi, ilkin seçimi və müvafiq struktur bölməyə yönləndirilməsi;
- Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi;
- İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması;
- Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi;
- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması,tətbiqi, sınaq müddətlərinin izlənilməsi;
- Strukturlar üzrə təlim ehtiyaclarının müəyyən edilməsi və təlimin təşkilini həyata keçirmək;
- İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları
- İşə qəbul üzrə (Recruitment) 2 il iş təcrübəsi qida və ya qonaqpərvərlik sektoru üstünlükdür).
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, əsasən Excell
- Headhunting bacarığlı;
- Müsahibələri sərbəst təşkil etmək;
İş şəraiti:
- İş qrafiki: I-V günlər, tam iş vaxtı.
- Əmək haqqı: müsahibə əsasında
- Nahar: Şirkət tərəfindən aylıq ödənilir.
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
- Ünvan: Bakı şəhəri, Babək Plaza.
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.