Sharaf Media

Şirkət haqqında:
«Sharaf Media» reklam agentliyi 2012-ci ildən etibarən effektiv və nəticə yönümlü reklam layihələri həyata keçirir. Google reklam, YouTube reklam, SMM, Brendinq, TV və radioda reklam, sayt yaradılması və tanıtım.
Əlaqə vasitələri:
Copywriter
Sharaf Media yaradıcı kopirayteri axtarır!
Əgər sənin Reels və post ideyaların brendə ilk scroll-dan aşiq edirsə, deməli bu vakansiya sənin üçündür.
Biz kimik:
- Azərbaycanın aparıcı kreativ marketinq agentliklərindən biri, 12 illik təcrübəyə sahibik və Google-un rəsmi partnyoruyuq. Güclü brendlər, effektli strategiyalar və viral kontent yaradırıq.
Axtardığımız şəxs:
- Fikirləri axın kimi gələn, Reels və qısa video formatlarında özünü ifadə etməyi bacaran kreativ kopirayter.
Sənin əsas vəzifələrin:
- Diqqət çəkən Reels videoları üçün ssenarilər yazmaq
- Brendlər üçün sosial media kontent planları hazırlamaq
- Müxtəlif sahələrdən olan markalarla işləmək və onların dilini auditoriyaya sevdirmək
- İdeyaların boğulmadığı, əksinə təşviq olunduğu bir komandada çalışmaq
Namizəddə hansı keyfiyyətlər olmalıdır?
- Kreativ təfəkkür və axıcı yazı qabiliyyəti
- Ssenari və ya sosial media kontenti yazmaq təcrübəsi (olmasa da, istedadını sübut et!)
- Trendləri, virallığı və alqoritmləri anlama bacarığı
- Komanda ilə işləmək və deadline-lara əməl etmək vərdişi
Biz nə təklif edirik:
- Yaradıcı azadlıq və hər zaman dəstək
- Portfolionu möhtəşəm işlərlə doldurmaq fürsəti
- Gənc, enerjili və isti komanda
- Peşəkar inkişaf və karyera artımı
Hazırsansa, bizə qoşul!
Portfolio və qısa məlumatını “Copywriter” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər!
Sadəcə mətn yazma. Duyğuları danışdır, markaları canlandır, auditoriyanı ilhamlandır.
Sharaf Media səni gözləyir!