AZZA Cake House

Şirkət haqqında:
10 ildən çoxdur ki, müştərilərimiz hər məhsulun ən yaxşısı və mükəmməlini əldə edirlər. Uzun illər boyu siz həyatınızda olan mühüm və əlamətdar günlər üçün hədiyyə olaraq tort, şirniyyat və digər məhsulların seçimində bizə etibar edirsiniz. “AZZA” – adı yüksək keyfiyyət və xüsusi zövq sözləri ilə sinonim olub.
Biz sizi və yaxınlarınızı sevindirmək üçün ən yaxşı şirniyyatçı və aşbazları işə cəlb etdik, dünyanın müxtəlif alkoqollu içkiləri, şokolad və çay brendləri ilə əməkdaşlıq etdik.
Əlaqə vasitələri:
Anbardar
Namizədə tələblər
- Anbardar vəzifəsində ən az 1 il iş təcrübəsi
- MS Office bilikləri
- Komandada işləmək bacarığı
- Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
İş barədə məlumat
- Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
- Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
- Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
- Anbardan mal çıxışına nəzarət etmək
- Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
- Malların yüklənilməsi/boşaldılması
- Malların yerdəyişdirilməsini təmin etmək
- Sifarişə uyğun olaraq malların yığılaması və göndərilməsi
Əlavə məlumatlar
- Əmək haqqı: 700 azn
- 5 günlük iş rejimi
- Nahar şirkət tərəfindən verilir
- Rəsmiləşdirilmə
- İş yeri: Məhəmmədli qəsəbəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Anbardar” qeyd olunmaqla, göndərə bilərlər.