Kosmetika üzrə video kontent aparıcısı
İş şəraiti
- İş yeri: Bakı, SOPHISS mağazaları
- İş rejimi: Tam və ya razılaşdırma ilə yarım ştat, həftə içi 5 gün
- Sfera: Gözəllik, kosmetika və baxım
Təsvir:
- Mağazalarımızda Instagram və TikTok üçün qısa reels və story videolarında məhsullarımızı tanıtmaq
- Videolarda inamlı, səlis və cəlbedici şəkildə çıxış etmək
- Komanda ilə birlikdə kontent ideyaları hazırlamaq
Tələblər:
- Xanım namizədlər
- Gözəl və səlis nitq (Azərbaycan dilində, rus dili arzuolunandır)
- Kosmetika və dəriyə qulluq sahəsində bilik və maraq
- Estetik görünüş və təqdimat qabiliyyəti
- Təcrübə (arzuolunandır) və/və ya oxşar kontent nümunələri varsa, göndərilməlidir
Təklif edirik:
- Yaradıcı və ilhamverici mühit
- Gözəllik və dəriyə qulluq sahəsində inkişaf imkanları
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Media və PR sahəsində tanınmaq imkanı
CV və qısa təqdimat videosunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.