ARNE Group MMC

Şirkət haqqında:

"ARNE GROUP" MMC şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi sahəsi üzrə fəaliyyət göstərir.

Əlaqə vasitələri:

Kreativ Marketinq Meneceri

Şəhərdən kənarda yerləşən ticarət mərkəzimiz üçün cəsarətli, yaradıcı və təşəbbüskar bir Kreativ Marketinq Meneceri axtarırıq. 

Məqsədimiz  insanları cəlb edən, yadda qalan və fərqlənən ideyalar yaratmaqdır.

Vəzifə öhdəlikləri:

  • Ticarət mərkəzinin tanıtımı məqsədilə yaradıcı marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
  • Onlayn və oflayn kanallar üzrə effektiv kommunikasiya strategiyalarının hazırlanması.
  • TV və radio reklamları, sosial media videoları, Reels və digər məzmun növləri üçün orijinal və cəlbedici konseptlərin işlənməsi;
  • Festival, tədbir və interaktiv aksiyaların ideyalaşdırılması və təşkilinə rəhbərlik etmək;
  • Daxili marketinq komandası və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edərək layihələrin həm orijinallığının, həm də marketinq strategiyasına uyğunluğunun təmin edilməsi;
  • Sektorla bağlı trendləri izləmək, yeni yanaşmalar tətbiq etmək və rəqabət üstünlüyü yaratmaq üçün innovativ yollar axtarmaq;
  • Bütün kreativ materialların brendin üslubu, dəyərləri və məqsədləri ilə tam uyğunluğuna nəzarət etmək.

İş şəraiti: 

  • İş yeri – Bakı şəhəri;
  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 2000-3000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

Namizədə dair tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Kreativ marketinq, reklam və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Orijinal ideyalar və layihələri əks etdirən yaradıcı portfolio;
  • Video məzmunların hazırlanması, sosial media üçün yaradıcı paylaşımların (postlar) tərtibi və tədbir əsaslı kampaniyaların həyata keçirilməsi sahəsində təcrübə;
  • FMCG, əyləncə, həyat tərzi brendləri və ya ticarət mərkəzlərində iş təcrübəsi üstünlük hesab olunur;
  • Azərbaycan dilində yazılı və şifahi bacarıqların əla səviyyədə olması; ingilis dili biliyi arzuolunandır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə Kreativ Marketinq Meneceri” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap