Giltex

Şirkət haqqında:
GİLAN TEKSTİL PARKI nəinki Azərbaycanda həm də Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. Müəssisə 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərir. GİLAN TEKSTİL PARKI-nda əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda GİLAN TEKSTİL PARKI-nda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.
Əlaqə vasitələri:
Təhcizat üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Tələbnamələrə əsasən daxili və xarici bazarı araşdırmaq və müqayisə etmək;
- Satınalmalar üzrə sənədləşmə işlərini aparmaq, müxtəlif hesabatları hazırlamaq;
- Alınan malları tələb edilən vaxt və keyfiyyət çərçivəsində icra etmək;
- Sifarişlərin müvafiq proqram təminatında yerləşdirmək və onları izləmək;
- Logistika və nəqliyyatla koordinasiyalı şəkildə çalışmaq;
- Hesabatları hazırlamaq və analiz etmək, satınalma sorğularını hazırlamaq, təchizatçıları analizi etmək və digər prossesləri effektiv idarə etmək;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Şifahi ünsiyyət qurmaq bacarığı;
- Analitik və strateji baxış bacarıqları
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
- Dil bilikləri: ingilis, rus dilini bilənlərə üstünlük verilir;
İş saatı:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.
- İş yeri: Sumqayıt, Sülh küçəsi 2.
Müraciətlərinizi Təhcizat üzrə mütəxəssis başlığı altında qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirməyiniz xahiş olunur.