STP Global Cable

Şirkət haqqında:
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
“STP Global Cable” MMC, məftil və kabel sənayesində məqbul reputasiya qazanmışdır. İndiyədək 12 illik fəaliyyətimizdə biz keyfiyyətli və etibarlı naqil və kabellərimizdən danışılan bir sıra məhsul və sistem sertifikatları və mükafatlarla təriflənmişik ki, bu da bizi Azərbaycanda və dünya bazarında ən keyfiyyətli məftil və kabel şirkətlərindən birinə çevirib.
Əlaqə vasitələri:
Logistika üzrə aparıcı mütəxəssis
“STP GLOBAL CABLE” MMC Satınalma departamentinə Logistika üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini bilməli;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
- Stressə davamlılıq;
- Fasiləsiz öyrənməyə meylilik;
- Məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı;
- İş zamanı diqqətli, dəqiq, məsuliyyətli və təşəbbüskar olmalı;
- B kateqoriya sürücülük vəsiqəsinin olması üstünlükdür.
Hansı işləri görəcəksiniz?
- Malların təchiz edilməsi zamanı logistik işlərinin görülməsi və gömrük rəsmiləşdirilməsi işlərinin təşkilinə nəzarət;
- Logistika fəaliyyətlərinin gündəlik idarə olunması;
- Tədarükçülərlə mütəmadi əlaqə saxlayaraq qiymətlərin, şərtlərin və xidmətlərin müzakirəsi;
- Logistika proseslərinin effektivliyini artırmaq məqsədilə məlumatların toplanması və analizi;
- Logistika işlərinin optimal şəkildə təmin edilməsi üçün təkliflərin hazırlanmasını təmin edilməsi;
- Yeni logistika şirkətlərin tapılmasının təmin edilməsi;
- Aidiyyatı üzrə hesabatların hazırlanması.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Logistika üzrə aparıcı mütəxəssis” yazaraq HRGlobal@stp.az mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla müraciət etmələri xahiş olunur.