“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
Dispetçer
İş yeri: Bakı şəh.,Məhəmmədi qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Optimal marşrut xətlərinin hazırlanması.
Tələblər:
- Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
- Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
- Avtomaşınların texniki xarakteristikasını bilməli;
- Texnikanın istismarı normativini bilməli.
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN
- İş qrafiki: 3növbəli;6 günlük (şənbə günü qısadılmış iş rejimi)
Təminatlar:
- Servis xidməti
- Nahar
- Korporativ nömrə.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer” yazıb CV göndərməklə müraciət edə bilər.