ECONGroup MMC

Şirkət haqqında:
Econgroup MMC şirkəti 5 ildən artıqdır ki, Azərbaycandan Avropaya qaynaqçı, montajçı, scaffolder, izolyasi ustası ve s. Kimi peşələr üzrə işçilər göndərməklə məşğuldur. Bizim burada həm scaffolder peşəsi üzrə, həm də izolyasiya peşəsi üzrə təlim mərkəzlərimiz var.
İngilis dilini bilən və heç bir peşəsi olmayan vətəndaşlarımıza scaffolder və ya izolyasiya ustası peşələrindən biri üzrə təlim keçirik, onlara bu peşəni öyrədirik, və Avropaya işləməyə göndəririk. Bizim şirkətdə çalışacaq SMM mütəxxəsisinin əsas vəzifəsi sosial şəbəkələrdə aktiv şəkildə reklamlar paylaşmaq və bizə lazım olan namizədləri tapmaqdan ibarət olacaq.
Əlaqə vasitələri:
SMM mütəxəssisi
Əsas vəzifələr:
- Şirkətin sosial media strategiyasının hazırlanması və social media hesablarının aktiv şəkildə idarə olunması (LinkedIn, Instagram, Facebook, Tik tok və s.)
- Həftəlik və aylıq kontent planlarının hazırlanması və paylaşılması, şirkət üçün lazım olan namizədlərin tapılmasında aktivlik göstərmək.
- Reels və digər video formatda kreativ kontentlərin hazırlanması və paylaşılması
- Vizual və mətn kontentlərin hazırlanmasına nəzarət (dizayner və ya copywriter ilə birgə)
- Sosial media statistikalarının təhlili və aylıq hesabatların hazırlanması
- Sosial media reklamlarının (Meta Ads, LinkedIn Ads və s.) hazırlanması və nəticələrin izlənməsi
Tələblər:
- Sosial media meneceri və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi
- Kreativ düşüncə və məzmun yaradılması bacarığı
- Qısa video kontentlərin (Reels və s.) planlaşdırılması və yaradılmasına maraq və təcrübə
- Azərbaycan dilində səlis yazı və nitq bacarığı, ingilis dili biliyi arzuolunandır
- Komanda ilə işləmək və vaxtında nəticə təqdim etmək bacarığı
- Yalniz xanım namizədlər müraciət etsinlər
İş şəraiti:
- Əmək haqqı namizədin təcrübəsindən, bacarığından asılı olaraq dəyişə bilər.
- İş qrafiki: Həftə içi 5 gün, 10:00 – 17:00
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 245, KOVAA Plaza
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.